HALUSİNASİYA YOXSA QARABASMA?

HALUSİNASİYA - bir duyğu orqanını (göz, qulaq, dil, burun, dəri ) oyandıran bir vəziyyət və mövcud olmayaraqdan hiss edilən bir duyğunun varlığına inanma durumudur. Yəni daha sadə dildə desək, gerçəkdə olmayan hər hansı bir şeyin gözə görsənməsi, qulağa səs gəlməsi, olmayan qoxunun və ya dadın alınması və toxunma hissiyatının olmasıdır Ruhi xəstəliklər sırasında və yatalaq, meningit kimi xəstəliklərdə, yüksək dərəcəli alkoqol qəbulu zamanı sıxlıqla müşahidə olunmaqdadır. 


GÖRMƏ,TOXUNMA, EŞİTMƏ, DAD ALMA və QOXLAMA duyğularının halusinasiyası ola bilir. İnsan, bu durumlarda xəstəliyinin olduğunu bilmədən eşitdiklərinə, gördüklərinə, hiss etdiklərinə, tamamilə inanır. Gözlərdə olan pozğunluqlarda görülən işıq görüntüləri - halusinasiya sayılmaz. Bu zaman prosesin səbəbini xəstə bilməkdədir. Xəstələrin fikir və düşüncələrinin ətrafa yayıldığını zənn etməsi, başqalarının onun düşüncələrini oxuduğunu düşünmə, başqa varlıqlar tərəfindən beyinlərinə fikir salınması və uzaqdan idarə edilmələri kimi ruhsal olan halusinasiyalar baş verir. 
Xəstələrin aşırı yorğun olduğu dönəmlərdə, yaşlılıq zamanında yatarkən və ya oyanarkən görülən vəziyyətlər normal olaraq qəbul edilməkdədir. Müşahidə olunanlar, duyğu orqanlarının real həyatda mövcud olmayan şeyləri qəbul etmələridir. Halusinasiya - görülə bilinir, dadı , qoxusu ola bilir və bir sozlə, hiss edilə bilinir. Ətraf xəbərdaredicilər olmadan yaşanan halusinasiyalar, gerçək məkandan qaynaqlanırmış kimi yaşanmaqdadır.