HİPOTİROİD NƏDİR ?

Hipotiroid yavaş irəliləyən xəstəlikdir. Bəzən bu xəstəliyin başladığı dövrdən, illər sonra əlamətləri aşkarlanır. Bəzi xəstələrdə isə simptomların erkən aşkarlanması da mümkündür. Xəstədə xroniki yorğunluq olur. Bundan başqa soyuğa qarşı çox həssaslaşır. İnsan aynaya baxdıqda özündə dəyişiklikləri görməyə bilər, ancaq uzun müddət özünü görməyən insan dəridə və üzündə fərqi hiss edə bilər: quru dəri və saç, üzdə şişkinlik tipik əlamətlərdir. Hətta səsində dəyişikliklər ola bilər. 
Bu fiziki əlamətlərin aşkarlanmasından sonra qan təhlilləri təyin edilir. Bu müayinələrdə tiroid hormonlarının səviyyələrinə baxılır və nəticələrə əsasən orqanizmdə çatışmayan hormon dərman vasitəsi ilə alınır. Həkimin göstərdiyi dozada müntəzəm dərman qəbulu və mqtəmadi kontrollar, pasientin şikayətlərinin azalması, özünü daha gümrah hiss etməsinə səbəb olur. Vacib olan, ilkin şikayətlər zamanı həkimə müraciət etməkdir.