RAMAZANDA QİDALANMA

Ramadan ayında, xüsusilə yay aylarına təsadüf etdikdə Sağlam qidalanmaq, orqanizmin gücünü itirməməsi baxımından çox vacibdir.
Ramadan ayında, oruc tutan hərkəs mütləq sahur etməlidir və kifayət qədər maye qəbul etməlidir. Oruc tutanlar üçün, Ramadan ayında sağlam qidalanmaya dair 9 faydalı məslətimiz var.
1. Mütləq sahur etmək; çünki maddələr mübadiləsi həddindən çox yavaşlayır, diqqət yayqınlığı, baş ağrısı,əsəbilik, xroniki yorğunluq kimi problemlər ola bilər. Gün ərzində qanda şəkərin səviyyəsini normada tutmaq üçün sahurda həzmi yavaş olan və kaloriyalı qidalar qəbul olunmalıdır.
2. Sahur və iftarda bol su içmək. Orqanizmin bütün funksiyaların, orqanların, toxumaların suya ehtiyacı var. Bu səbəblə gündəlik normanı (1,5-2 lt) sahur və iftarda almalıyıq.
3. İftar edərkən az-az yemək. Gün ərzində ac qalan mədəyə birdən və çox yemək yükləmək ürəklə və sağlamlıqla bağlı başqa problemlərə yol açır. Ona görə az-az və qisa ara verməklə qidalanın.
4. İftarla sahurun arasında iki ara qida qəbulu edin. Metabolizmanın çalışmasına dəstək olmaq üçün iftardan yuxuya qədər 2 dəfə atışdırmalıq edin.
5. İftar sonrası qatıq, ayran için. İftarınızı xurma və ya su ilə açdıqdan sonra, salat, şorba yeyin və əsas yeməyə keçmədən əvvəl mədənin rahatlaması üçün 10-15 dəq. ara verin. Əsas yeməkdən sonra isə qatıq, ayranı unutmayın.
6. Şirniyyat qəbulunu azaldın. Hər gün olmamaq şərtilə yeməkdən 1-2 saat sonra meyvə və ya şirniyyat yeyə bilərsiz. Əsasən mövsüm meyvələrindən südlü şirniyyatlara, dondurmalara meyl edin; xəmirli, şərbətli şirniyyatları azaldın.
7. Qızartmalı, duzlu qidalar gün ərzində susuzluğa, təzyiqin yüksəlməsinə səbəb olur. Duzlu, turşulu, qızartmalı və kolbasa kimi qidalardan uzaq olun.
8. İftar və sahur süfrənizdə çiy tərəvəz, meyvə bol olsun; qarnınız doysun. Gün ərzində qan şəkərinizin düşməməsi üçün sahurda proteinlə zəngin qidaları yeyin. Bu səbəblə sahurda yağlı yeməklər əvəzinə yüngül səhər yeməkləri qəbul edin. Meyvə və tərəvəzləri çox yeyərək uzun müddət toxluq hissi olacaq. 
9. Bitki çaylarından faydalanın. Darçınlı çay həm qanda şəkərin səviyyəsini nizamlayır həm gün ərzində toxluq hissini qoruyur. İftarda yaşıl çay içməklə gün ərzində aclıqdan yavaşlayan metabolizmanın sürətlənməsinə səbəb olur. Bibəriyə, kəklik otu, qilas sapından ibarət olan funksional çaylar həzm sisteminizi dəstəkləyəcək, metabolizmanı sürətləndirəcək, şişkinlik problemini aradan qaldırmağa səbəb olacaq.