Lateral epikondilit( Tenisçi dirsəyi)

Dirsək oynağının bayır tərəfində,said  və ələ doğru yayılan ,ağrı ilə xarakterizə edilir.Bu daha çox əl işləri çox olan peşə sahiblərində( hörgü və yazı işi çox görənlərdə),görmədiyi  işi  birdən görməyə çalışanlarda, Tenis oynayanlarda rast gəlinir.

Müalicəsi ilk zamanlarda,QSİƏ preparatlardan,hərəkəti  məhdudlaşdıran band və bandajlardan,buz və istirahət məsləhət  görülür.Xəstəliyin nisbətən gec müraciət edən hallarında  yerli steroid  inyeksiya və fizioterapiya uyğun görülür.

Müalicə zamanı 2 həftə içində şikayətlərdə azalma müşahidə olunmağa başlanılır.Lakin bu müddət ərzində Şikayətləri artıracaq işlərdən və fiziki hərəkətlərdən uzaq durmaqda fayda olduğu düşünülür.