Böyüklərdə rast gəlinən ayaq və daban ağrıları

Böyüklərdə rast gəlinən ayaq və daban ağrıları bir sıra səbəblərdən yarana bilər. Əsas səbəblərə daban şporu(daban mahmızı,daban tikanı) aid edilə bilər.Bu özünü adətən səhər yuxudan oyananda və uzun müddət bir yerdə oturanda ayağa qalxarkən ayaqda və daban altında kəskin ağrıları yaranması ilə özünü biruzə verə bilər. Adətən 40 yaşlardan sonra rast gəlinir.Lakin idmanla məşğul olanlarda daha tez yarandığı görülə bilir.Bu xəstəlik ümumi adla Plantar fassit adlanır.

Diaqnostikası adətən həkim müayinəsi və dəqiqləşdirilməsi üçün isə rentgen müayinəsi kifayət edir.

Müalicəsinə gəldikdə isə konservativ və cərrahi müdaxilədən ibarətdir.Adətən konservativ müalicə ilə bu problem düzəlir.2-2,5 % hallarda isə cərrahi müdaxilə gərəkə bilir.

Konservativ müalicədə adətən qeyri-steroid iltihab əleyhinə dərmanlar: tabletka və mazlar,müəyyən ayaq gimnastikaları,yerli olaraq dabana steroid inyeksiyası vurulması,fizioterapiya,yüksək zərbə dalğa terapiyası təyin edilə bilər.

Cərrahi müalicədə isə plantar fassiyanın dabana birləşən yerindən kəsilməsi icra edilir.