Doğrudanmı uşağın boğazında çöp qalır?

Valideynlər arasında tez-tez belə söhbətlər eşidilir ki, “uşaqda boqazında “ çöp” qalmışdı, getdik “çöpçüyə”,  o çixartdı”.

Doğrudanmı uşağın boğazında çöp qalır?

İnsan orqanizmində elə bir yer varmı ki, müəyyən cismlər orada yığıla bilsin?

 

Yad cismlər burunda, qulaqda, ağız boşluğunda, udlaqda, qırtlaqda, qida borusunda və tənəffüs yollarında ola bilər.

Belə situasiyalar demək olar ki gündəmdə tez-tez rast gəlir. Əsasəndə uşaqlar bu yad cisimləri – buruna, qulağa və ağız  boşluğuna salırlar.

  1. Valideyn şikayətlənir - uşağın burnundan selik axır, pis qoxu gəlir, öskürür  və s.
  2. Bəzi hallarda, yad cism qida borusu ilə tənəffüs yolunun arasında olan haçalanma nöqtəsinə – armudvari oyma adlanan nahiyəyə düşə bilir. Uşaqlarda refleks zəif olduğuna görə yad cism həmin nahiyədə xeyli müddət qala bilər. Valideyn şikayəti – öskürəkdən və boğulmadan olur. Belə hallarda  tez bir müddətdə həkimə müraciyyət edib və həmin yad cismi xaric etmək lazımdlr.  “Çöpçünün” müdaxiləsi ilə həmin yad cisim o nahiyyədən çıxarılması mümkünsüzdür.
  3. Əsasən valideyinlər – qızdirmanın ənməməsinə görə “çöpcüyə” üz tuturlar. Yad cism bədəndə heç də həmişə qızdırmaya səbəb olmur. Çünki yad cismin ağız və ya burun boşluğunda qalması qızdırmaya səbəb ola bilməz. Halbuki qızdırmaya səbəb bağırsaq infeksiyası, başqa xəstəlik də ola bilir. Xoşagəlməz hisslər törədə bilər, narahatlıq yarada bilər, amma temperaturun yüksəlməsi üçün gərək yad cism orada qalıb irinləyə, və ətraf toxumalarda iltihab yarada.
  4. Son illər Endoskopiyanın  işimizdə olmağı – yad cisimin hər hansı bir nahiyədə olmasını və valideyinlərə aydınlıqla göstərməyi “ çöpçülərin” müdaxiləsindən çox azaldıb. Ama buna baxmayaraq, təəsüflər olsun ki “ çopün qalması, çöp çıxartma” el arasında hələ də öz faliyyətini dəvam edir.