Uşaqlarda immunitet

Uşaqlarda immunitetin əsası ana bətnində qoyulur. İmmun sistemi çox mükəmməl formada qurulmuşdur. Onun çatışmazlığı olduqda orqanizmdə çox ciddi dəyişikliklər baş verir. Bunun nəticəsində tez-tez xəstəliklərə tutulma prosesi və təbii ki, antibiotiklərdən istifadə lazım olur. İmmun sisteminin insanın qoruma funksiyasına malikdir.Belə ki, əvvəlcə ağız, burun, dəri vasitəsi ilə mikroorqanizmin daxil olmasını əngələyərkən, eyni zamanda daxil olmuş mikroorqanizmlərin xəstəlik törətməsini və ilərləməsinin qarşısını alır.İmmun sistemi dalaq,limfa vəziləri,makrofaqlar və digər immun orqanlarının bir yerdə çalışması nəticəsində ortaya gələn qarışıq,mükəmməl bir sistemdir.

  İmmun sisteminin uşaqlıq dövründə möhkəm olmalıdır ki,yetişkinlik yaşında tez tez infeksion xəstəliklərin verdiyi mənfi təsirlərdən uzaq olsun.Təbii ki, aşırı gigeyinik qaydalara riayət etmək uşağın digər mikroblarla görüşünün qarşısını alır və onlara qarşı immun sisteminin əmələ gəlməsinin qarşısını alır.Uşaqlarınızın toplumda böyüməsinə,ətraf mühitlə əlaqədə olmasına icazə verəcəksiniz.Immun sistem ananın qarnında formalaşmağa başlayır. İlk aylarda zəif olur,lakin uşaq xəstələndikcə və immun hafizə əmələ gəldikcə irəli yaşlarda uşaqları qoruyur.Ananın hamiləliyi,keçirdiyi stress, yediyi qidalar uşağın artıq immunitetinin formalaşmasına təsir edir. Uşaq doğulduqdan sonra onun qidalanması,keçirdiyi infeksion xəstəliklər,fiziki vəziyyəti və sosial ekonomik halı immun sisteminə təsir göstərən əsas faktorlardan biridir.

Eyni ailədə böyüyən əkizlərdə,uşaqlarda belə immun sistemi müxtəlif ola bilər. Uşaq 1 il ərzində 7-10 dəfə virus infeksiyası keçirdə bilər.Bu onun immunitetin aşağı olması demək deyil.Əksinə bu zaman orqanizm daha da möhkəmlənəcəkdir.Uşaqlarda 2-5 yaş arasında olan uşaqların 80%-ində keçirilmiş infeksiyaların səbəbi virus infeksiyalardır. Bu infeksiyalar zamanı lazım olmadıqca təyin olunan antibiotiklər dəri  və boğazdakı və bağırsaqdakı mikrofloranın pozulmasına və bilavasitə mikrob rezistentliyinə gətirib çıxarır.Bağçaya gedən,toplumla tanış olan uşağın tez tez xəstələnməyi zamanı uşağın bağçadan çıxarılarması olunan ən böyük yanlışdır.Uşaq bağçada olmasa belə məktəbə gedəndə bu problem baş verecəkdir.

-Doğulduğu gündən etibarən peyvəndlərini edin

-Əllərini düzənli sürətdə yumasını təmin edin.Xüsusilə həyətdən,məktəbdən gələndə əlinin yumasını başa salın.Meyvə, tərəvəzi,xüsusən göy-göyərtini təmiz yuyun.

-Rejimlə və bol vitaminli qidalarla uşağınızı qidalandırarsınız.Protein,karbohirat və yağla zəngin qidaları verməkdən başqa bol vitaminli meyvə və tərəvəzlərdən istifadə edin.

-Bol-bol maye içirdin

-Yatmağı rejimlə idarə edin. Belə ki, uşaq orqanizmi üçün lazım olan bəzi maddələr,uşaq yuxuda ikən sintez olunur.Məsələn,melotonin adlı maddə buraya aiddir.bi isə uşaq orqanizminin möhkəmlənməsində və boy atmasında böyük rol oynayır.

-mövsümə uyğun geyindirin.Uşağı isti saxlama onu sağlam etmək demək deyildir.Mütləq körpə uşaq olan zamanı otağın havasını dəyişin.Qışda, payızda həyətə düşməyə qorxmayın.Yağış yağdıqda belə həyətə düşmək və uşağı hər bir hava rejiminə uyğunlaşdırmaq lazımdır.

-Otağın temperaturuna və nəmliyinə mütləq diqqət edin.Belə ki, otağın havası indi ən çox istifadə etdiyimiz kondisioner,kombilərin təsiri nəticəsində havanın quruluğu artar.Quru hava isə burun kirpiciklərinin hərəkətini məhdudlaşdırır.Bunun nəticəsində orqanizmə daxil olan mikroorqanizmlərə yol açılır.Kirpiciklər daxil olan mikrobların qarşısını ala bilmir. Buna görə otaqda qabın içinə su qoyulmasını tövsiyyə edirik.

-məcbur  olmadiqca adam çox olan yere girməyin

-yaşına uyğun idmanla məşğul olmasına şərait yaradın,oturaq həyat tərzindən,telefon və kompyuterdən uzaq tutun

-uşaqlara çimərkən soyuq duşla da yuyunmağı öyredin.Belə ki, uşağa +20 və +35 dərəcə arasında dəyişən kontrast duş qəbul etməyi öyrədin.Bu sular arasında temperatur fərqi 15 dərəcəni aşmamalıdır.

Xəstəlikdən qorxmayın. 2-8 yaşındakı uşaqlar mikroblarla tanış olub tez tez xəstələndikləri bir dönəmdir.Bu yaş dönəmində uşaqların qida rejiminə,yuxunun düzənli olmasına və bədən aktivliyinin yüksək olmasına fikir verilməlidir.

 Bir az qidalanma haqqında geniş danışmaq isteyirem.

Yenidoğulmuş dövründə ən qiymətli qida ana südüdür. Ana südünü mütləq verin! Ana südünün tərkibində immunititenin yüksəlməsi və uşağın ilk aylarda xəstəliklərdən qorunması üçün xüsusi maddələr vardır.

Bir şeyi də qeyd edim ki,yaxşı qidalanmamaq imuniteti zəiflədirsə, köklük də orqanizmin imunitetin yetərli olmamasına gətirib çıxara bilən bir haldır.

Mən bugun bir az vitaminli qidalar haqqında danışmaq istəyirəm.         

Uşaq qidası meyvə və tərəvəzlə bol olmalıdır.Belə ki, qışda kələm,gül kələmi,brokolli,cəfəri, kök,balqabaq ispanaq, yaşıl bibər tövsiyyə edirik. Bu qidalara müxtəlif vitaminlər A,E,D,C və minerallarla, maqnezium,kalium, selenium ,zink və s.ilə zəngindirlər.Bunlardan uşaqların qidalarına qatmağı tövsiyyə edirik. Məsələn, meyvələrdən isə portağal,limon və mandarin yeməyi məsləhət edirik. Belə ki, 1 portağal və 2 mandarin günlük vitamin c nin miqdarını qarşılayır.Alma və kivini bura daxil etmək olar. Xüsusilə almanı zəncəfil ilə bişirib uşaqlara vermək çox xeyirlidir. Mayalı qidalardan qatıq,kefir, ayran tövsiyyə edirik.Onlar probiotik və prebiotik ilə zəngindirlər. Allergiya qeyd edilmədiyi vaxtda isə uşağa bal, yumurta,inək südü və kalsiumla zəngin süd məhsullarından bolluca istifadə etməyi tövsiyyə edirik. Bu arada vitamin D ni və mütləq günəş vannasının qəbulunu unutmaq olmaz. Yenidoğulmuş uşaqlarda biz onu xüsusi ilə tövsiyyə edirik. Eziz xanımlar evdə yeməyini özünüz hazırlayın, konserv və hazır qidalardan, konservlərdən uzaq olun.

Uşaqlar arasında dəmirdefisitli anemiya bəzən çox yayılır və bu uşaqlar arasında imunitetə təsir edir.Belə ki,dəmirlə zəngin qidaları yəni ət,pəhməz,kişmiş,yumurtanı bol bol yemək tövsiyyə olunur.

Son tədqiqatlarda zinkin insan imunitetində böyük bir rol zink elementini vurğulayırlar.Zink elementi noxud və ətdə rast gəlinir. Uşaqlarınızı rafinə olunmuş qidalardan mümkün qədər uzaq saxlayın.

Qidaları hazırlayarkən təbii yağlardan,məsələn,zeytun yağı istifadə edin.