Rinoplastika ilə əlaqəli Bilmədikləriniz

Burunun xarici görünüəü nəfəs almağa təsir edir mi?
-Bəli, bir çox halda burun xarici görünüüündəki patologiyalar burun tıxanıqlığına səbəb olur. Bu hallarda burun tıxanıqlığının aradan götürülməsi üçün edilən cərrahi manevrlərdən sonra burun xarici görünüüü də dəyişilir və bu vəziyyətlərdə estetik dəyişikliklər qaçılmaz olur.
• Rinoplastika əməliyyatını qulaq-burun-boğaz cərrahları, yoxsa plastik cərrahlar icra etməlidir?
-Rinoplastikanı həm qulaq-burun-boğaz, həm də plastik cərrahlar icra edə bilərlər. Əsas olaraq 2 amil tələb olunur. Rinoplastika icra edəcək olan cərrah; 1. Burundaxili strukturlara lazımi qədər hakim olmalı və onların patologiyalarının düzgün korreksiyasını bilməli və ehtiyac olduğunda eyni əməliyyatda digər burundaxili patologiyaları (rinosinusit, polip, konxa patologiyaları və s.) da korreksiya etməlidir. 2. Estetik üz analizini və estetik burun analizini kifayət qədər bilməli, arzu edilən estetik nəticəni xəstəyə bəxş etməlidir.
• Rinoplastika üçün mövsüm fərqi varmı?
-Rinoplastika istənilən mövsümdə icra edilə bilər. Sadəcə xəstələr həkimin mövsüm? spesifik məsləhətlərinə diqqət etməlidirlər.
• Rinoplastika 18 yaşdan daha erkən dövrdə icra oluna bilərmi?
- Bəli, xüsusi hallarda icra oluna bilər.
• Tamponsuz rinoplastika mümkündürmü?
-Bəli, Dr. Cabbarzadə uyğun olan xəstələrində əməliyyatı tamponsuz həyata keçirir.
• Rinoplastika əməliyyatəndan sonra xəstəxanada yatış neçə gün olmalıdır?
-Xəstələrin böyük əksəriyyəti əməliyyat olduqlar? gün evə yazılırlar.
• Burunun əməliyyatdan sonrakı formasını əməliyyatdan öncə təxmin etmək mümkündürmü?
-Bəli. Dr. Cabbarzadə bütün xəstələrinə, onların da istəklərini nəzərə alaraq təxmini burun formasını əməliyyatdan qabaq xüsusi kompüter programı vasitəsi ilə göstərir.
• Rinoplastika əməliyyatı hansı hallarda uğurlu hesab edilir?
1. Burunun rinoplastikalı olduğu ətrafdakı insanlar tərəfindən hiss edilməməlidir. Burun təbii, gözəl və üz ilə ahəng içində olmalıdır.
2. Burunun əsas funksiyası nəfəs almaq olduğu üçün əməliyyat sonrası rahat nəfəs alma təmin edilməlidir.
• Rinoplastika sonrası ağrı olurmu?
-Rinoplastika əməliyyatı uyğun prinsiplərə görə icra edildiyində demək olar ki, ağrı heç olmur.
• Burun dərisinin qalınlığının rinoplastikanın nəticəsinə təsiri varmı?
-Bəli, var. Rinoplastika üçün ən uyğun burunlar normal qalınlıqda dərisi olan burunlardır. İncəvə qalın dərili burunlarda lazımi nəticəni əldə etmək üçün xüsusi manevrlərə ehtiyac var. Bu manevrləri icra etmək üçün cərrah kifayət qədər təcrübəli olmalıdır. Sığorta şirkətləri rinoplastika xərclərini ödəyirmi?
-Sığorta şirkətlərinin böyük əksəriyyəti rinoplastikanı ödəmir.
• Rinoplastika sonrası sigaret istifadəsinin zərəri varmı?
-Rinoplastikadan 1ay qabaq və 1 ay sonra siqaret çəkməməyinizdə fayda var. Siqaret normal yara sağalmasını pozaraq əməliyyat sonrası burunun sağalma prosesinə mənfi təsir göstərir.
• Rinoplastika üçün yuxarı yaş həddi neçə yaşdır?
-Yuxarı yaş həddi yoxdur. Əgər xəstənin ümumi vəziyyəti uyğundursa, funksional və ya estetik olaraq rinoplastikaya göstəriş varsa, rinoplastika yaşlı xəstələrdə də icra edilə bilər. Dr. Cabbarzadənin rinoplastika etdiyi en yaşlı xəstələr 70 yaşlı bir kişi və 65 yaşlı bir qadın xəstə olmuşdur.
• Rinoplastika ilə böyük olan burun kiçikl??dirildikdə artıq qalan burun dərisinin sonrakı aqibəti necə olur?
-Dəri elastik olduğu üçün müəyyən vaxt keçdikdən sonra burunun yeni formasını alır.
• Rinoplastika sonrası revizion (təkrar) əməliyyatlar nə üçün ilk əməliyyata görə daha çətin olur?
-Bir neçə səbəbə görə revizion əməliyyatlar daha çətin olur: 1. Əvvəlki əməliyyatdan sonra əmələ gələn çapıq toxumaları daha sərt və yapışıq olduğu üçün bu toxumalar üzərində işləmək orijinal toxumaya görə daha çətin olur. 2. Orijinal anatomik strukturlar dəyişilmiş olur. 3. Rinoplastika əsnasında bəzi dəyişikliklərə nail olmaq üçün qığırdaqdan istifadə olunur. Əgər burun daxilindəki qığırdaqlar öncəki əməliyyatlarda istifadə edilibsə və burunun arzu edilən korreksiyası üçün kifayət qədər qığırdaq mövcud deyilsə revizion əməliyyatlarda qulaqdan və ya qabırğadan qığırdaq parçası almağa ehtiyac ola bilər. Qeyd olunan nahiyələrdən qığırdaq parçası alınması müasir prinsiplərə uyğun icra edildiyində fəsad ehtimalı minimumdur. Bu barədə lazımi geni. Məlumat həkiminiz tərəfindən sizə bildiriləcəkdir. 4. Revizion əməliyyatlarə həm burundaxili strukturlara, həm də estetik üz analizinə lazəmi qədər hakim olan rinoplastika sahəsində kifayət qədər təcrübəsi olan cərrahlar tərəfindan icra olunmalıdır.
• Bütün rinoplastika əməliyyatlarında osteotomiyaya (sümüklərin kəsilməsi) ehtiyac varmı?
-Bir çox halda osteotomiyaya ehtiyac qalmır. Osteotomiya olmadıqda əməliyyat daha az travmatik olur və əməliyyat sonrası şişlik və qançırlara daha az a rast gəlinir. Dr. Cabbarzadə rinoplastikanı maksimum miqdarda osteotomiyasız icra etməyə çalışır. Ancaq bəzi burunlarda burundakı problemin düzgün korreksiysı üçün osteotomiya qaçınılmaz olur.