MƏKTƏBLİ ÇANTALARI

MƏKTƏBLİ ÇANTALARI

Məktəbə yeni başlayan uşaqlarda çantalar düzgün seçilməli, ağır olmamalı, onların onurğa sütununda problem yaratmamalıdır. Məktəbə yeni başlayan uşaqların orqanizmi inkişaf etdiyi üçün seçilmiş çantalar da bu inkişaf etməkdə olan orqanizmi zədələməməlidir.

Bu zaman onurğada bir sıra problemlər, məsələn, “kifoz” ,“skolioz “ və s.kimi problemlər yarana bilər. Kifoz – onurğa sütunun gözlə görünə biləcək dərəcədə önə doğru əyilməsidir.Bu zaman onurğanın qeyri düzgün inkişaf etməsi fəqərəarası disklərin sıxılması və müxtəlif ağrıların əmələ gəlməsi baş verə bilir.

Skolioz – onurğanın sola və ya sağa əyilməsidir. Bu zaman çantalardan qeyri düzgün istifadə olunması, birtərəfli çantalardan istifadə edilməsi nəticəsində baş verir.Belə ki, ağırlığın bir tərəfə düşməsi nəticəsində onurğanın sağa və ya sola əyilməsi baş verir.Ona görə uşaqlarda mütləq çantanın ağırlığı hər iki çiyinə eyni miqdarda ağırlıq salmalı və təzyiq bərabər paylanılmalıdır. Həmçinin çantanın qayışları qalın ,xüsusi parçadan hazır olmalıdır ki, uşağın dərisində sürtünmə və ya narahatçılıq verməsin.Əgər sərt,çox nazik və keyfiyyətsiz parçadan hazırlanarsa o zaman əzələ, qan damarları nahiyəsinə təzyiq edərək ağrının əmələ gəlməsinə,uşağın narahatçılığına səbəb olur.Ən çox çiyin çantalarında istifadə etdikdə bu halla rastlaşmaq mümükündür.

Düzgün olaraq çantanın bel hissəsinin forması onurğa nahiyəsinin əyriliklərinə uyğun yəni,ortopedik olmalıdır.Bu formanın belə olması uşağa rahatlıq verir və çantanı məktəbə aparan zaman uşaq əziyyət çəkmir. Həm də çantanın qayışları normal ölçüdə daha keyfiyyətli parçadan hazırlandığı zaman və ikitərəfli olduğu üçün hər iki çiyinə bərabər formada təzyiq etdiyi üçün birtərəfli əyilmə olmur.

Ən əsas məsələlərdən biri də çantanın ağırlığıdır. Bidiyimiz kimi məktəbdə keçən dərslərlə əlaqədar olaraq çox saylı kitablar məktəbə apardığı üçün çantalar çox ağır olur.Buna görə valideynlər buna diqqət etməli,çantanın ağırlığı uşağın çəkisinin 15%ni keçməməlidir. Ağır çantanın da onurğaya saldığı ağırlıq gələcəkdə bir sıra fəsadlara və onurğanın düzgün inkişaf etməməsinə səbəb olur.

Hal hazırda istifadə olunan təkərli çantalardan istifadə oluna bilər.Bu zaman yuxarıda sadaladığım əlamətlər də rast gəlinməyəcək. Bundan başqa çox ayaq üstə qaldıqda çanta çiyindən çıxardılmalıdır. Valideynlər daimi çantaları yoxlamalı ,hər hansı əlavə bir əşyalar varsa çantadan çıxardılmalıdır ki,əmələ gələn yük azaldılısın.. Məktəbdə əgər şagirdlərə aid dolablar varsa o zaman əşyaların bəziləri ora qoyula bilər. Bu da uşağın çantasının ağırlığını azaltmış olar.

Əziz valideynlər, mütləq çanta seçimini diqqətli edin.Uşağın onurğasının inkişafına mənfi təsir edən amillərdən uzaq tutun.

Dr. Gülnar Abdullayeva

Pediatr