UŞAQLARINIZA ZAMAN AYIRIN

Kompüter və mobil telefonlarınızdan gözlərinizi çəkin. Və uşaqlarınıza zaman ayırın. Onları suallarınızla xoşbəxt edə bilərsiz.
Uşaqlarınızı xoşbəxt etmək üçün verə biləcəyiniz suallardan bir neçəsini sizlər üçün yazıram.
-Bu günün ən gözəl saatı hansı idi?
-Bu gün nəyə/kimə təşəkkür etmək istəyərsən?
-Bu məsələ ilə bağlı nə edəcəksən?
-Bu, sənə özünü necə hiss etdirdi?
-Səncə, o, necə hiss etmişdir?
-Bunun yaxşı tərəfinin olduğunu bilirsənmi?
-Bu məsələ ilə bağlı daha çox məlumat əldə edə bilərikmi, səncə?
-Həftə sonu nə etmək istəyərsən?
-Başqasını xoşbəxt etmək üçün nə edə bilərik?
-Bu gün bayırda nə etmək istəyərsən?

Bu və bunun kimi suallar verərək uşaqlarınızla söhbət etməniz, onlarla münasibətlərinizi sağlamlaşdıracaq və uşaqlarınızda xoşbəxtlik yaradacaq.