POLİDAKTİLİYA NƏDİR ?

Daha çox baş barmaq, kiçik barmaq və ya nadirən orta barmaqlarda müşahidə olunan barmaq say çoxluğuna polidaktiliya deyilir.Həm əldə,həmdə ayaqda çox rast gəlinir.Polidaktiliya artıq barmağın ölçüsünə görə tam inkişaf etmiş və ya natamam inkişaf etmiş formada olur.Baş barmaq polidaktiliyası hər 100.000 canlı doğuşun 8%-də rast gəlinir.Əlavə baş barmaq müxtəlif ölçülərdə rast gəlinsədə xəstələrin 45%-də ikinci oynaqdan,15-20%-də isə birinci oynaqdan ibarət olur.Cərrahi müalicə 6-12 ay və ya 1 yaşdan sonra tibbi şərtlər uyğun olduğu ən tez dövrdə müzakirə olunmalıdır.Əməliyyat öncəsi X-ray çəkilərək sümük toxuması dəyərləndirilir.Cərrahi müalicə prinsipi daha zəif olan və funksiyaları məhdud olan barmağın digər barmaqların qan dövranını qorumaqla,zərər vermədən alınmasıdır.

Op.Dr. İlkin Cəlilov