EVLİLİKDƏ ÜNSİYYƏT PROBLEMLƏRİ

Evlilikdə Ünsiyyət Problemləri
-
Boşanma və evlilik, cütlük münasibətlərində problemlərin ən vacib səbəblərindən biri ünsiyyət qura bilməmədir.
Müzakirə üsulsuzluğu, qarşı tərəfin sözünü kəsmək, qarşı tərəfə cavab haqqı verməmək - ciddi ünsiyyət problemi yaradar.
Ümumilikdə bu vəziyyət sürəkli davam etdiyində, cütlüklərin sevgi və şəfqət münasibətlərinə dərin zərər yetirir.
Effektiv Ünsiyyət - Mesajı, qarşı tərəfə sadəcə göndərdiyiniz zaman deyil, əks tərəfin bunu qəbul etdiyi və anladığı zaman baş verir.
Mübahisəli məsələlərdən söhbət edərkən, tərəflərin bir birini ittiham etməsi ən sıx görülən haldır.
Günahlandırıcı tərz istifadə etmək və ya qarşı tərəfi sonuna qədər dinləmədən özünü müdafiəyə keçmək - ünsiyyət pozğunluğuna səbəb əsas amillərdir.

Saxtakarlıq- Hər hansı situasiyaya uyğun, cavab olaraq qarşı tərəfə xeyir dediyiniz zaman əslində bəli demək istədiyinizi hiss etmisinizmi? 
Tənqid olunmaqdan və ya rədd edilməkdən çəkindiyiniz üçün bilmirəm deyərək doğru fikrinizi gizlətdiyiniz olubmu???
Uyğunlaşmama - Cütlüklər sözləri istifadə etmədən mimikalar vasitəsilə bir-biri ilə ünsiyyət qururlar və buna görə də bir birlərinə qarışıq mesajlar 
göndərirlər. Və bu durum, onları mübahisə etməyə və bir-birlərinə qarşı səs tonlarını qaldırmağa səbəb olur. Gözləri bərəltmək, dodaqları büzmək və çiyinləri sarsıtmaq, qarşı tərəfə xoşagəlməz mesajlar verər.
Kobudluq - Kobud hərəkətlər , ifadələr, davranış tərzi üstünlük təşkil edər.
Dır-dır etmə, tərəflərin bir birinə incidici söz atmaları,
aşırı məsləhət və ağıl vermə, dinləmə əskikliyi, dəstək olmama, anlayış göstərməmə
kimi problemlər yüksək faizlə ünsiyyət probleminə yol açar.

Digər səbəbləri nədir ?
 Tərəflərin sosio-mədəni səviyyə fərqliliyi
 Cinsi problemlər
 Tərəflərdən birinin xəyanəti
 Ailədaxili şiddət
 Qısqanclıq
 Erkən evlilik
 Övlad sahibi ola bilməmə
 Yalan
 İqtisadi problemlər

Konsultasiya üçün gələn cütlüklərdə öncəliklə onlarla birlikdə yaşanan problemlərin təməlinə vararaq baş verənlərin əsas mənbəyi və səbəblərini araşdırırıq.

Daha sonra psixoloji cəhətdən tərəflərin şəxsiyyət və xarakterlərinə özəl problemlərin həll yollarını aşkar edərək psixoloji terapiyalarımız əsnasında bu durumların aradan qaldırılmasını həyata keçiririk.
---
Müəllif: Uzman Psixiatr Azər Bağırov