SU ÇİÇƏYİ

 

SUÇİÇƏYİ

 

Suçiçəyi xəstəliyinin təhlükəsiz və ötəri olduğunu sanmayın.

 

Su çiçəyi viruslar tərəfindən törədilən infeksion xəstəlikdir.

 

Əlamətləri: Xəstəlik bədən temperaturun yüngül dərəcədə yüksəlməsi, halsızlıq, şikayətləri ilə başlaya bilir. Sonrasında su çiçəyinə məxsus səpkilərin əmələ gəlməsi ilə davam edir. Su çiçəyində səpkilər içərisi şəffaf maye ilə dolu vezikullardır. Səpkilər əsasən üzdə, başın tüklü hissəsində, bədəndə, ətraflarda yerləşir. Bəzi hallarda səpkilər ağız boşluğunun selikli qişasında, gözün konyuktivasında, cinsiyyət orqanında da təsadüf edə bilir. Səpkilərdə 1-2 gün ərzində artış müşahidə edilir.

Diaqnoz – Səpkilərin xarakterinə əsasən qoyulur.

Müalicə - Xüsusi bir müalicəsi yoxdur. Şikayətlərinə esasən qızdırmasalıcılar, qaşıntı çox olarsa, qaşınma əleyhinə yüngül dərmanlar verilə bilər. Bundan başqa su çiçəyi zamanı dəri ağırlaşmalarının olmaması üçün dəri təmizliyinə diqqət edilməlidir. Dərini xüsusi şəkildə yumaq olar. Uşağın yaranı qaşımamasına diqqət edilməlidir.

 

Qorunma - Su çiçəyinə qarşı aparılan peyvəndin olunması ilədir.

---

Müəllif:  

Uzman Dr. Altay Abdullaoğlu

Pediatriya şöbəsinin rəhbəri