İKİNCİ ÇÖRƏK - KARTOF



Kartofla bişirilən yeməklər bir çoxumuzun sevdiyi yemək olmasına baxmayaraq, bu gün bəzilərinin fikrincə 
Sağlam Qidalanma rasionunda bu tərəvəzə yer olmamalıdır. Heç də belə deyil. Kartofun faydaları çoxdur və bu haqda bir az məlumat vermək istəyirəm.

Kartofun tərkibində kalium mineralı mövcuddur. Kalium orqanizmdən su və duzları ifraz edir, bu da maddələr mübadiləsini normalaşdırır. Nəticədə çəki azalır və ya normada saxlanılır.

Kartofda başqa mineralvitaminlər və aminoturşular mövcuddur.  Balanslaşdırılmış rasionu təmin etmək üçün kartofdan əlavə minimum 30 müxtəlif qida məhsulu istifadə olunmalıdır.

Kartof zərərli deyil, onu normadan çox yemək zərərlidir.


Dr. Vüsalə Tağıyeva 
Dietoloq