Xora Xəstəliyi


Xora Xəstəliyi

Xora xəstəliyi - mədə və ya onikibarmaq bağırsağın selikli qişasının zədələnməsi nəticəsində əmələ gələn xəstəlikdir.


Xora xəstəliyinin əlamətləri hansılardır?


- Mədə nahiyəsində, bəzən döş qəfəsinin sol yarısına, onurğanın döş və bel hissələrinə yayılan yandırıcı ağrı;
- Mədə xorasında ağrı yeməkdən 0,5-1 saat sonra və ya dərhal başlayır;
- Onikibarmaq bağırsağın xorasında ağrı yeməkdən əvvəl (mədə boş olanda) və ya yeməkdən 2-2,5 saat sonra başlayır və qida qəbulundan sonra keçib gedir;
- Turş gəyirmə, qıcqırma, ürəkbulanma, qusma, qəbizlik;
- İştahanın pozulması, arıqlama;
- Yaz və payız aylarında ağrı və digər əlamətlərin güclənməsi;
- Xora xəstəliyinin əlamətsiz gedişi də mümkündür.
- Bu halda xora təsadüfi müayinə nəticəsində və ya ağırlaşma baş verdikdə aşkar olunur.

 

Uzman Dr. Çinarə Səfərova Terapevt