AYAQ BAŞ BARMAQ ÇIXINTISI(HALLUKS VALQUS) VƏ CƏRRAHİ MÜALİCƏSİ


Sizə əməliyyat lazımdırmı? Konservativ tədbirlər sizin narahatçılığınızı ortadan qaldırmırsa əməliyyat lazım ola bilər. Müasir həyatımızda əməliyyat tələblərinı estetik qayğılar və moda ayaqqabılarını geymə məcburiyyətləri artırsa da, aşağıdakı göstərişlərə uyğun əməliyyat daha düzgün olardı.

-Günlük aktivliyi məhdudlaşdıran ağrılar
-Uzun müddətli, istirahət və dərmanla keçməyən baş barmaqda şişkinlik və qızarıqlıq
-Baş barmaqda ikinci barmağın yönünü dəyişdirəcək qədər əyilmə
-Baş barmaqda sərtlik. Hərəkət məhdudiyyəti
Yaddan çıxarmayın ki, əməliyyat sonrası geyilən ayaqqabı nömrəsi kiçilmir.

Əməliyyat növləri:

Halluks valgusda yüzlərlə əməliyyat növü mövcuddur. Bunların hansının ediləcəyinə həkiminiz qərar verir.

Baş barmaq ətrafında vətər və bağlara edilən əməliyyatlar: 
Yaxınlaşdırıcı əzələ vətəri uzadılır. 
Bayır tərəf oynaq kapsulu kəsilir, iç tərəf isə tarım tikilir. Əyriliyin az olduğu vəziyyətlərdə tərcih edilir.

Osteotomiya: 1. daraq sümüyü müxtəlif səviyyələrdə kəsilərək barmaqdakı əyrilik düzgün hala gətirilir. Hal hazırda ən çox tətbiq edilən metoddur. Xəstəliyə səbəb olan anatomik deformasiya korreksiya edilir.

Əməliyyat sonrası müxtəlif ağırlaşmalar ola bilər. Bunlardan ən sıx görüləni yara infeksiyasıdır. Bu infeksiya vaxtında müəyyən edilərsə problemsiz müaliəcə edilə bilər. Gec qalan hallarda təkrar əməliyyat lazım olur. Digər ağırlaşmalara əməliyyat zamanı sinirin kəsilməsi ilə əmələ gələn dəri hissiyatının itməsi, davam edən ağrı, çıxıntının təkrar əmələ gəlməsi, oynaqda sərtlik və s. göstərmək olar. Ümumiyyətlə, yeni texnikanın tətbiqi, təcrübəli cərrah, əməliyyat sonrası uyğun həkim-xəstə ünsiyyəti 98% hallarda problemsiz nəticələrin alınması ilə nəticələnir.

 

Evdə baxım
Əməliyyatın nəticəsi böyük ölçüdə sizin həkimin məsləhətlərinə nə dərəcədə əməl etməyinizə bağldır. Xəstəxanadan ayağa düzgün vəziyyətdə sarılmış bandajla çıxacaqsınız. Həkiminiz sizə özəl bir ayaqqabı yaza bilər və ya ayağınız gipsə alınmış ola bilər. Tikişlər alınana qədər sarğı qorunmalı və isladılmamalıdır. Həkimin etdiyi əməliyyat növünə uyğun olaraq ayağa yük vermə müddəti fərqi ola bilər. Buna mütləq əməl etmək lazımdır. Hansı əməliyyatın seçilməsinə baxmayaraq ilk həftə ayaq mütləq yüksəkdə tutulmalıdır. Bununla ayaqdakı şişkinlik daha az olur və yara sağalması daha yaxşı olur. İlk günlər hər saat başı 15 dəqiqə buz qoyulması şişkinlik və ağrı kontroluna köməklik edir. Tikişlər alındıqdan, gips və ya bandaj çıxarıldıqdan sonra xəstələr idman ayaqqabıları, ucu geniş topuqsuz ayaqabı geyə bilər. Topuqlu və sivri burun ayaqqabıların geyinilməsinə 6 ay sonra icazə verilir.

Uzman Dr. Rəşad Zeynalov Ortoped Travmatoloq