Qızdırmalı uşağın bədənini spirt və ya sirkə ilə silmək olarmı?


Uşaqlarda bədən hərarətinin yüksəlməsi tez-tez rastlaşdığımız hallardan biridir. Bunun səbəbi əksər hallarda virus infeksiyalarıdır.
Nəzərə alınmalıdır ki, bədən hərarətinin yüngül dərəcədə yüksəlməsi orqanizmin virusa qarşı müqavimətini artırır. Buna görə də yüngül qızdırmalarda qızdırmasalıcıların verilməsi tövsiyə olunmur. Əgər bədən hərarəti 38-38.5 dərəcəni keçərsə, bu hallarda paracetamol və ibuprofen tərkibli qızdırmasalıcıların verilməsi tövsiyə olunur. 


Bundan başqa bədən hərarəti yüksələn zaman ilkin olaraq nələr edilməlidir: Uşağı qalın geyindirməməli, üstü örtülməməli, geyimlər nazik və geniş olmalıdır. Ətraf mühitin temperaturuna diqqət edilməli, temperatur 21-22 dərəcə olmalıdır.İlıq su ilə bədən yuyulmalı və yaxud da ilıq su ilə silinməlidir. Bədəni spirt və ya sirkə ilə silmək olmaz. Bol miqdarda maye və sulu qidalar qəbul edilməlidir. Əgər görülən tədbirlər və qızdırmasalıcılar bədən hərarətini düşürməzsə, bu zaman təcili yardıma və yaxud da xəstəxaya müraciət olunmalıdır.

 

Uzman Dr. Altay Abdullaoğlu Pediatr-Neonatoloq